Azad olunan ərazilərdə iyulun 21-dən 27-dək 15 tank əleyhinə, 46 piyada əleyhinə mina, 1097 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həftəlik məlumat yayıb.

Bildirilib ki, ötən həftə ərzində 1354.2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.