Əslində rəsmi statistika da respublika ərazisində uzunqulaqların sayında kəskin azalma olduğunu təsdiq edir.
Dövlət Statistika KomitəsindənModern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il yanvarın 1-i vəziyyətinə görə Azərbaycanda 35 816 uzunqulaq var.
2015-ci ilin analoji dövründə respublika ərazisində uzunqulaqların sayı 39 992 uzunqulaq mövcud olub.
2015-ci ilin anoloji dövrü ilə müqayisədə 2016-cı ildə Azərbaycanda eşşəklərin sayı 4176 baş azalıb.
Məlumatda bildirilib ki, uzunqulaqların 78,3 faizi regionlarımızda əsasən yük daşımalarına cəlb olunur. Eşşəklərdən daha çox Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Göygöl, Goranboy, Şəki, Astara, Lerik, Yardımlı, Cəlilabad, Xaçmaz, Sabirabad, Ağsu, Şamaxı, Şərur və Şahbuz rayonlarında istifadə edilir.