"Mən bütün günü məktəbdə olmuşam”
Mia.az AzNews.az-a istinadən xəbər verir ki, bunu Şəmkir Rayonu Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov deyib. O, Şəmkir Rayon Təhsil Şöbəsinin onunla bağlı verdiyi qərardan xəbərsiz olduğunu bildirib:
"Məni işdən kim çıxarıb? Nə vaxt çıxarıblar? Mənə bu barədə məlumat verməyiblər. Heç nədən xəbərim yoxdur. Bütün günü məktəbdə olmuşam.”
Xatırladaq ki, Şəmkir rayon Təhsil Şöbəsi bu gün Seyfəli kənd orta məktəbinin direktoru Akf Namazovu əmək məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən tutduğu vəzifədən kənarlaşdırıması barədə rəsmi məlumat yayıb. Hətta bildirilib ki, direktorun işi araşdırılması üçün yoxlama materialları Baş Prokurorluğa göndərilb.
Mia.az