"Gəlin sizə Zaur Mikayilovdan (Dövlət Su Ehtiyatları Agentliyinin sədri -Mia.az) deyim. Guya ötən il ictimai qınaqları nəzərə alaraq qudalarının təyinatını ləğv etmişdi. Amma zaman su kimi axar və qudalar agentlikdəki çuxurunu tapar".
Mia.az xəbər verir ki, bu sözləri jurnalist Cavanşir Həsənli sosial media hesabında yazıb.
O, paylaşımına screenshot və Agentliyin saytının linkini əlavə edəərk, qeyd edib ki, qudanın biri yenə aparat rəhbəri (Fuad Eldar oğlu Quliyev), o biri də müşavir (Əsəd Əli oğlu Şirinov) postunda yerindədir: "İnanmırsınız, açın Agentliyin saytını, görün..."
Samir MUSAYEV
MİA.AZ