Azərbaycan  Milli Elmlər Akademiyası (AMEA)  Fizika İnstitutunda "Ümumi fizika” ixtisası üzrə doktoranturaya qəbul imtahanı keçirilib. 

İnstitutdan Mia.az-a verilən məlumata görə, institutun direktoru AMEA-nın müxbir üzvü Nazim Məmmədovun sədrlik etdiyi imtahan komissiyasına elmi işlər üzrə direktor müavini, akademik  Cavad Abdinov, elmi katib, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov, Təhsil şöbəsinin rəhbəri fizika-riyaziyyat elmləri doktoru Abasət İsayev, fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayev  və fizika-riyaziyyat elmləri doktoru  İlham Həsənov daxildirlər. 

"İmtahanda doktoranturaya sənəd verən 11 nəfərdən 10 nəfəri iştirak edib. İmtahan test üsulu ilə keçirilib.  2016-2017-ci il tədris ili üçün fəlsəfə doktoru üzrə hazırlığa Fizika İnstitutuna  əyani doktoranturaya 5 yer ayrılıb.

 Bundan sonra onlar daha iki fəndən  xarici dildən və fəlsəfədən də imtahan verəcəklər. Həmin imtahanlardan sonra ümumi nəticələrə əsasən doktoranturaya qəbul olanların adları məlum olacaq".