Sentyabr ayından dekabrın 1-dək bankların ümumilikdə 13 filialı fəaliyyətini dayandırıb.

Belə ki, əgər sentyabrda bankların filiallarının sayı 581 olubsa, noyabrda bu göstərici 568-ə qədər azalıb.
Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər sentyabrda 126 bank şöbəsi fəaliyyət göstəribsə, noyabrda şöbələrin sayı 129-a yüksəlib.

Hesabat dövründə bankomatların sayında da azalma qeydə alınıb. Belə ki, son iki ayda ATM-lərin sayı 98 ədəd azalaraq 2454-ə düşüb.
Hazırda ölkədə 32 bank fəaliyyət göstərir. 

APA