2016-ci ilin sonu yaxınlaşdıqca, bəzi tibb və təhsil müəssisələrindən bizə vaksinasiya ilə baglı şikayətlər daxil olur. 

Şikayətlər əsasən valideynlərin övladlarına vaksinasiya etmək istəmədiyi halda, tibb və təhsil müəssisələrində onlara yaradılan çətinliklərdən, eləcə də bu gün əsasən Bakıda hər küçənin əvvəlində acılmış, müxtəlif təhsilə yardım və reabilitasiya mərkəzlərindən bəhs edir. 

Mən, tibb işçisi olmadığımdan vaksinasiyanın nə xeyir və ya ziyanından, nə də özəl reabilitasiya mərkəzlərinin  nədərəcədə effektiv oldugundan danışmaq istəyirəm. 

Sadəcə olaraq, Azərbaycanda bu problemləri  tənzimləyən bir neçə qanunu valideynlərin yadına salıb, bu qanunlar barədə öz fikrimi bildirmək istərdim.

Azərbaycan Respublikası Konstutisiyası

Maddə 41. Sağlamlığın qorunması hüququ

I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün
növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına
təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən
vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu

Maddə 5. İstehlakçının malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına hüququ

3. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.
Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır.
"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 5. Epidemik göstərişlərə görə profilaktik peyvəndlər

Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoluxucu xəstəliklərin baş verməsi təhlükəsi olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlər məcburi aparılır. Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 6. Profilaktik peyvəndlər üçün tələblər.

Profilaktik peyvəndlər dövlət və bələdiyyə tibb müəssisələrində və ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razılıq alan hüquqi və fiziki şəxslər tərəfindən aparılır. Profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Qanunvericiliklə müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya yetkinlik yaşına çatmayan şəxslərə profilaktik peyvəndlər valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında aparılır. Profilaktik peyvəndlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi-sanitariya qaydalarına və tələblərinə əməl etməklə tibbi əks göstərişləri olmayan vətəndaşlara aparılır. Profilaktik peyvəndlərin aparılmasına tibbi əks göstərişlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İndi isə gəlin, bütün bu qanunlara bir daha ətraflı nəzər salmaqdan öncə bir məsələnidə özümüz ücün aid edək. 

Peyvənd nədir? 

Profilaktik peyvəndlər – yoluxucu xəstəliklərə qarşı spesifik immunitetin yaradılması üçün insan orqanizminə tibbi immunobioloji preparatların yeridilməsi;

Yani sadə dildə desək, müalicə növüdür. Deməli əyər biz Azərbaycan konstitusiyasına istinad etsək,  görəcəyik ki, bizim müalicə olmaq hüququmuz var və biz  istədiyimiz vaxt bu hüquqdan imtina da edə bilərik.

2- ci məsələ. Istehlakcıların hüquqlarının müdafiəsi haqqında qanuna isə baxsaq görərik ki, bizim bir istehlakcı kimi hüququmuz catır ki, bizə göstərilən xidmət (mal ) barədə lazımı sənədlərin olmasını yoxlayaq, buda o deməkdir ki, hər bir Valideynin haqqıdır ki, övladina vurulan hər bir tibbi preparatın tərkibi, onun vuran tibb işcisi və reabilitasiya müəssələrində övladı ilə məşgul olan təlimcilər barədə muvafiq sənədlərin mövcudlugunu yoxlasın və bu məsələdə hər hansı bir narazılıgı olarsa ( səhhətinə və ya huququna ziyan görərsə ) bundan (xidmətədn imtina etsin ).

3- cü məsələ. "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunun 6 cı maddəsində isə göstərilir ki, vaksinasiya ancaq və ancaq Epidemiya elan olundugu halda məcburi aparıla bilər.

Bu isə onu sübuta yetirir ki, Azərbaycan Respublikasın ərazisində hec bir profilaktik peyvənd məcburi deyil və əgər hər hansı bir təhsil müəssisəsi, övladınız sağlam olduğu halqa, sizdən peyvəndlərin olmamasını bahənə gətirib onun qəbul etmək istəməsə, Siz övladınızın təhsil hüququnu qorumaq naminə hüquq-mühafizə orqanlarına şıkayət etməyiniz məsləhətdir.

Yuxarıda göstərilənlər bir daha onun göstərir ki, Azərbaycan hüquqi dövlətdir və hər bir vətandaşın sağlamlıq hüququ qorunduğu kimi, eləcə də onun seçim etmək hüququ qorunur.


Azad istehlakcılar ictimai birliyinin nəznində yaradılmış "Tibbi müayinə,müalicə eləcədə profilaktik və bərpa iştirakcı hüquqların müdafiəsi komissiyası"nın sədri Əhməd Rəhmanov.