"Qafqaz Universitetində 20-yə yaxın müəllimin işdən çıxarılması ilə bağlı yayılan məlumat yalandır”.

Bunu mia.az-a Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev deyib. 

O, qeyd edib ki, universitetdən 2 müəllim öz ərizəsi ilə işdən ayrılıb: "Yayılan məlumatda 20-yə yaxın müəllimin adı yazılıb. Onlar hazırda universitetimizdə işləyən müəllimlərdir. İstəsəz, gəlib özünüz də onların işdə olması ilə tanış ola bilərsiz”.

Əlavə olaraq Universitetin əmrlər kitabı var oradanda istifadə edə bilərsiniz.