Toy bazarında da vəziyyət yaxşı deyil. Bəzi restoranlar güzəşt limitini dondurub. Toy etmək istəyənlərin sayında müşahidə olunan azalma restoran sahiblərini də hərəkətə gətirib. Menyuda qiymət artımı qaçılmaz olub.
Daha ətraflı məlumat əldə etmək üçünModern.azsaytı bir neçə restoranla əlaqə saxlayıb.
"Hollivud”şadlıq sarayında toy etmək istəyənlər azalıb.
"Su sonası”şadlıq sarayı da əhalinin toy ab-havasında olmadığı qənaətindədir.
"Sanki insanlar daha təmtəraqlı toy etmək istəmirlər. Qazın, işığın qiyməti də bir tərəfdən bahalaşdı. Hələ ki, menyuda qiymətlərlə bağlı dəyişiklik etməmişik. Görək sonumuz necə olur”
"Monte Karlo”şadlıq sarayında da qiymətlər qalxıb.
"Neolit”şadlıq sarayında da toy etmək istəyənlərin sayı azalıb.
"Devalvasiya bir tərəfdən, qazın, işığın da bahalaşması o biri tərəfdən. Bütün restoranlara bunların təsiri var. Vəziyyət əvvəlki kimi deyil. Qiymətlərin qalxması menyuya da təsir edəcək”.