"Nazirlərin ya Azərbaycandan xəbərləri yoxdur, ya da o qədər kompakt həyat yaşayırlar ki, millətlə onların arasında bir uçurum var”.
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev pia.az-a açıqlamasıda qeyd edib. Qiymət artımının əhalinin yaşayış tərzinə birbaşa təsir etdiyini vurğulayan Hafiz Hacıyevə görə, nazirlər kompakt həyat sürdüklərinə görə xalqın vəziyyətindən agah deyillər: "Görünür, nazirlərin ya Azərbaycandan xəbərləri yoxdur, ya da o qədər kompakt həyat yaşayırlar ki, millətlə onların arasında bir uçurum var. Əhali bu gün qaz, işıq yandıra bilmir, sahibkarlar istehsal sahələrini dayandırıblar. Milləti bu qədər ələ salmaq olmaz. Onlar ölkəni talan ediblər, düşünürlər ki, xalqı elə bu cür talan etməyə də davam edəcəklər.
Bir də Səlim Müslümov var. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri. Bu Səlim Müslümov pensiyaçıların, aztəminatlı ailələrin, Qarabağ veteranlarının haqqını yeyən bir adamdır. O, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri yox, "Ağsu” naziridir. Ona görə ki, bütün qohumlarını nazirliyə yığıb və nazirlikdə çirkab işlərlə məşğul olurlar. Biz Səlim Müslümovun 5 mərtəbəli villası barədə bir neçə ay öncə saytlara xəbər vermişdik. Kimlərsə sonradan gedib bunu çəkiblər. Bu hələ üzə çıxan faktdır. Biz bu villanın tikilməsi üçün müəyyən yerlərə şikayət etmişik və tikilməsi dayandırılıb. O villaya minlərlə, milyonlarla pul tökülüb. Nazirlərin mülklərinin sayı bir neçə dənədir. Bununla mübarizə aparılmalıdır. Mübarizə nəticəsində Həsən Əliyev küçəsi, "Vorovski”, Zeytunluq və digər sahələrdə tikilən obyektlərin kimlərə aid olduqlarını öyrəsinlər. Həmin obyektlər satılsa, bu gün dövlət büdcəsinin yarım illiyini təmin edər. Səlim Müslümovun villası Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən baxılmalıdır. Araşdırıldıqdan sonra Səlim Müslümov həbs edilməlidir”.