Milli QHT Forumunun (MQF) 23 dekabr 2016-cı ildə IX Qurultayı keçiriləcək.
Bu barədə Mia.az-a MQF-dən verilən məlumata görə, qurulayla bağlı MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinə başlanılıb.
"MQF-nin IX Qurultayı hesabat-seçki qurultayı olduğuna görə MQF-nin rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcək.
MQF-nin Nizamnamə tələblərinə uyğun olaraq hər bir MQF üzvü olan QHT rəhbəri və nümayəndəsi MQF-nin rəhbər orqanlarına namizədliklərini irəli sürə bilər".
Forumdan verilən məlumata görə, namizədliyi irəli sürmək üçün aşağıdakı tələblər var:
- MQF üzvü olan QHT rəhbərləri və nümayəndələri namizədliyini irəli sürə bilər;
- Namizədliyini irəli sürən şəxsin rəhbərlik etdiyi QHT-nin İdarə Heyətinin qərarı;
Namizədliyin irəli sürülməsi üçün lazım olan sənədlərin (ərizə, anket və tərcümeyi-hal) qəbulu üçün son tarix: 15 dekabr 2016-cı il saat 18:00-a qədər.
MQF-nin IX Qurultayının 23 dekabr 2016-cı il tarixində keçirilməsi qərara alınmışdır.
Qeyd: MQF-nin Nizamnamə tələblərinə cavab verməyən QHT nümayəndəsinin namizədliyi qəbul edilməyəcəkdir.
Ünvan: Milli QHT Forumunun ofisi Bakı şəhəri, Zərgər Palan küçəsi 5/ Nizami 42. mənzil 56. (Daxili İşlər Nazirliyinin arxasındakı bina) 012 497 03 68; 012 497 03 95; 077 415 20 99; 077 415 15 15
Elektron ünvan: [email protected]