"Köhnə rabitə nazirinin komandası təmizlənən kimi dövlət büdcəsindən rabitəyə ayrılan xərclər də qeybə çəkildi".
Mia.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev məlumat verib.
Onun sözlərinə görə, 2016-cı ildə dövlət büdcəsində rabitə xərcləri 43.5 milyon manat təsdiqlənmişdi, 2017-ci ildə 91.5% azaldılaraq cəmi 3.7 milyon manat saxlanıb:
"Deməli, illər uzunu hər il 50-60 milyon manat büdcədən pul alan Nazirliyin büdcə pullarına gerçək ehtiyacının olmamasının aydınlaşması üçün naziri komandası ilə birgə postundan qovmaq lazımmış.
Görün, indi maliyyəsi yerli-dibli kəsiləməli olan nə qədər qurum var...".