Məlum olduğu kimi, ötən ay Bakının bir sıra rayonlarında müəllimlərin maaşının gecikdirilməsi barədə məlumat verilmişdi.

Maraqlısı odur ki, məsələylə bağlıaçıqlama verən Təhsil Nazirliyindən bildirilmişdi ki, növbəti iki gün ərzində bu problem öz həllini tapacaq. Amma nazirliyin məlum vədi yerinə yetirilmədi, əmək haqları yenə gecikdirildi.

Bu ay da bir sıra məktəblərdə maaşlar verilməyib. Bu barədə mia.az-a açıqlama verən müəllimlərdən birinin sözlərinə görə, nazirlik hər dəfə gecikmə olanda müxtəlif bəhanələr gətirir: "Ötən ay dedilər ki, qiymətləndirmə ilə bağlı artımlar filan hesablanmayıb. Ona görə də gecikmə olub. Yaxşı, bəs indi gecikməyə səbəb nədir? Hamıın özünə görə problemləri, ödəmələri var. Maaşımızın çoxu kreditlərə gedir. Banklar zəng edir, maaşımızı almadığımızı deyirik. Nəyə görə halal maaşımız gecikməlidir? Nazirlik rəsmiləri buna cavab verməlidirlər”.