Dövlət Gömrük Komitəsi(DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında Gürcüsatandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Bu barədə mia.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib. Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən və yük yerindəki ehtiyat təkərinin içərisindən gömrük nəzarətindən gizlədilən 62 kq şabalıd aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.