"Ailələrə Sosial Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Yeniyetmə və gənclər arasında ailə-məişət mövzusunda maarifləndirmə işlərinin aparılması” layihəsinin icrasını davam etdirir.

Birlikdən Mia.az-a verilən məlumata görə, Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə layihə çərçivəsində tədbir keçirilib.

Tədbirdə İctimai Birliyin sədri Esmira Rəhimova layihənin məqsədi haqqında məlumat verib və bildirib ki, əhalinin ailə ənənələrinin qorunub saxlanmasına xidmət edən Ailə Məcəlləsindəki qanunların yeniyetmə və gənclərə tanıdılması  layihənin əsas vəzifələrindəndir. 

Layihənin eksperti yeniyetmələrə Ali Məcəlləsindəki qanunlar və maddələr haqqında məlumat verib. Ailə Məcəlləsindəki qanunların əhali arasında təbliğinin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış papaq və köynəklər, dəftərxana ləvazimatı hədiyyə edilib.