Ermənistanın Müdafiə Nazirliyi yaralı əsgəri Avetis Zarqaryanın Hindistanda müalicəsi üçün pul tapmır.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, işğal altında olan Azərbaycan torpaqlarında gedən döyüşlərdə yaralanıb.

Nazirlik məsələ ilə bağlı açıqlamasında A.Zarqaryanın Moskvadan Dehliyə 9 saatlıq uçuşa dözməyəcəyini də bildirib.

Ermənistan KİV-i Müdafiə Nazirliyinin əsgərin müalicəsi ilə bağlı açıqlamasını məntiqsiz adlandıraraq, yazıb: ""Açıqlamanın” məntiqi tam aydın deyil. Ona görə də təyyarə yaralının Moskvayadək apara bilərsə, o zaman niyə bu Dehliyədək mümkün deyil?!”.