Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
 
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, 31 oktyabr tarixinə vergi borcu olduğuna görə 655 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.
 
Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 9 nəfər xarici vətəndaş da var.
 
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.