Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov oktyabrın 27-də Tovuzda vətəndaşları qəbul edəcək.
Mia.az nazirliyə istinadən xəbər verir ki, qəbulda Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlar iştirak edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanlarına, Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə müraciət edə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt”i ilə əlaqə saxlaya bilərlər.