"Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Qarabağ müharibəsi veteranlarına sosial yardımların göstərilməsi” layihəsi çərçivəsində növbəti tədbirini 14 oktyabr 2016-cı il tarixində İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsində yerləşən Mədəniyyət Evində keçirmişdir. Bu barədə birlik.az saytına qurumun mətbuat xidmətindən məlumat daxil olub.
"Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” Ictimai Birliyinin sədri-Layihə rəhbəri Alman Abbasov layihənin donoru, məqsədi haqqında məlumat verdi.
Tədbirdə İmişli rayonu İcra Hakimiyyətinin nümayəndəsi Asif Abışov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şəbəsinin nümayəndəsi Qulu Əsədov, Anar Mikayılov, Rövşən Hüseynov, "Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin İmişli rayon şöbəsinin sədri Çingiz İsmayılov, Qarabağ Müharibəsi Veteranı Yengivar Həsənov, Rafiq Behtullayev, Novruz Əliyev, Əlikram Qarayev və digərləri iştirak etdilər.
İcra Hakimiyyətinin nümayəndəsi Asif Abışov çıxış edərək, İmişli rayon İcra Hakimiyyəti başçısı Vilyam Hacıyevin salamlarını çatdırdı və layihəni məhz İmişli rayonunda seçilməsini dəstəklədiyini bildirdi və layihənin digər regionlarda icra olunmasında uğurlar arzuladı. Öz çıxışında həmçinin onu da qeyd etdi ki, rayon İcra Hakimiyəti tərəfindən lazım olan köməkliyi də göstərməyə hər zaman hazırdırlar.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Imişli rayon şəbəsinin nümayəndəsi Qulu Əsədov və Anar Mikayılov öz çıxışlarında ilk öncə hamını salamlayıb, layihəyə uğurlar arzuladılar. Həmçinin onlar qeyd etdilər ki, bu layihədə birgə işləməyə hazırdırlar və əllərindən gələn lazımı göməkliyi əsirgəməyəcəklər.
Qarabağ müharibəsi iştirakçılarından Sabit Hüseynov, Sakit Feyzullayev, Turab Hüseynov, Xudur Əliyev və Səməd Əliyev ictmai müzakirədə fəal iştirak edərək, məsələnin aktuallığını qeyd etdilər. Onlar öz çıxışılarında bildirdilər ki, biz neçə illərdir ki, yerli aidiyyatı qurumların məmurlarının bürokratik əngəllikləri və süründürməçiliyi nəticəsində "Müharibə Veteranı” stasusu ala bilmirik və xahiş edirik "Müharibə Veteranı” stasusun alınmasında bizə köməklik edəsiniz.
Layihənin hüquqşünası Məmmədhəsən Həsənov çıxış edərək bildirdi ki, qanunvericilik çərçivəsində hüquqi qaydada müvafiq sənədlərin toplanmasında və müraciət edilməsində lazımi hüquqi yardımlar göstəriləcək və bu haqda ərizə, məktublarla aidiyyatı orqanlara müraciət olunacaqdır. Xahiş edirəm ki, sənədləri qaydasında olmayan müharibə iştirakçılarını da məlumatlandırasınız. Tədbir zamanı yerindəcə bir necə Qarabağ müharibəsi iştirakçılarının ərizələri qəbul edildi. Tədbirin sonunda sənədlərin necə tərtib olunması iştirakçılara izah olundu və onların müraciətləri dinlənildi.
Tədbirdə kofe brek də verildi.