Yağış sularının təsirindən Masazır qəsəbəsində uçqun hadisəsi baş verib.
Bu barədə MİA.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib.
Onun sözlərinə görə, uçqun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsində yaranıb:"Həmin küçədə bir neçə yerdə lokal sahədə uçqun prosesləri müşahidə olunmaqdadır. Həmin yerlərdə tikilən evlərə hələ ziyan dəyməyib. Lakin qrunt suları və su basma halları çoxalarsa, o zaman yaxınlıqdaki evlərə təhlükə yaranacaq. Çünki evlər ucqun olan əraziyə çox yaxındır. Təcili olaraq ərazitə bərkidilmə prosesi aparılmalıdır”.
R.Həsənov qeyd edib ki, Binəqədi rayon, Məlik Aslanov küçəsinin ərazisi qrunt suları içərisindədir: "Hazırda su basma halları artmır. Qrunt suları yığılır. Hətta küçənin 11-ci döngəsində həyatyanı sahələri su basıb”.