Baş prokuror Zakir Qaralov oktyabrın 28-də saat 10:00-da Beyləqan Rayon Prokurorluğunun inzibati binasında Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Beyləqan şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.