Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O, bildirib ki, yol qəzaları toqquşma nəticəsində baş verib və nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. DYP rəsmisi sürücüləri hava şəraitini nəzərə almağa və yollarda ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, yağışın intensiv olduğu gün (17 oktyabr) Bakıda 5 yol nəqliyyat hadisəsi qeydə alınmışdı.
Azvision.az