Bir müddət əvvəl qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin bu gün Lənkəran şəhərində 40 mərasimi keçirilir.

Kiçik Bazar qəbiristanlığında dəfn olunan Rövşən Lənkəranskinin məzarı üzərinə rayon camaatı və qonaqlar gələrək ziyarət edirlər.

R.Lənkəranskinin məzarı üzərində hələ ki, abidə qurulmayıb. Yas mərasimi onun ata evində keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, millət vəkilləri Cavanşir Paşazadə və Fəzail Ağamalı Rövşən Lənkəranskinin 40 mərasiminə qatılıb.
(qafqazinfo)

Bu gün Lənkəranskinin 40 mərasimidir  -  Fotolar
Bu gün Lənkəranskinin 40 mərasimidir  -  Fotolar