Bu gün Biləsuvar rayonunda Müqəddəs Qurban Bayramı münasibətilə tədbirlər keçirilib.
Mia.az xəbər verir ki, Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarə, müəssisə, təşkilatların kollektivləri, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər bayram münasibətilə rayon əhalisini təbrik etdikdən sonra bayram duaları oxunub və qurbanlar kəsilib.
Kəsilərən qurbanlar Qarabağ müharibəsi veteranları, şəhid ailələri, Cernobul əlilləri, digər imtiyazlı ailələr, əlillər və imkansızlar olmaqla, 1000 qədər ailəyə bayram sovqatı olaraq paylanılıb.
Onu da qeyd edək ki, Biləsuvarda əhalinin rahat şəkildə qurbanlıq heyvanlara olan təlabatını ödəmək və qiymət artımının qarşısını almaq məqsədilə şəhərin bir neçə hissəsində kəsim yerləri də təşkil edilib.