Qurban bayramı münasibətilə Gəncə şəhərinin müxtəlif ərazilərində qurbanlıq heyvanlar kəsilərək Qarabağ əlilləri, şəhid ailələri, aztəminatlı və imtiyazlı ailələrə paylanıb.
Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olnunan qurbankəsmə aksiyasında həm iribuynuzlu, həm də xırda buynuzlu heyvanlar kəsilib.
Ümumilikdə 15 baş iribuynuzlu, 540 baş xırdabuynuzlu heyvan kəsilərək 13.000 ailəyə paylanılıb. Şəhərin on ayrı-ayrı məntəqəsində kəsilən iri və xirda buynuzlu heyvanların ətlərindən uşaq evlərinədə sovqat göndərilib.
Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi Bayandur Rzayev bildirib ki, heyvanlar baytar sanitar tələblərə uyğun olan şəkildə kəsilir. Baytar həkimlər tərəfindən bütün kəsim nöqtələrinə nəzarət olunur. Şəhər rəhbərliyi tərəfindən ayrılmış xüsusi yerlərdə heyvanların diri satışı və kəsimi təşkil olunur. İdarə bayramla bağlı gücləndirilmiş iş rejimində çalışır. Qurban payları siyahı əsasında tək-tək sahiblərinə çatdırılıb.
İmamzadə ziyarətgahında kəsilən qurbanlardan isə Gəncə şəhərində fəaliyyət göstərən məscidlərə qurban payları göndərilib.