Bu gün Nəsimi rayon İcra Hakimiyyətində Qurban bayramı münasibəti ilə bayram tədbiri keçirilib.
Mia.az xəbər verir ki, mərasimdə rayon Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nəsimi rayon Təşkilatının, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrucestvo» cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayon sakinləri, burada məskunlaşmış məcburi köçkün ailələri iştirak edib.
Mərasimə toplaşanları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının I müavini Yavər Allahverdiyev çıxış edərək müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edib.
Qurban Bayramı ilə əlaqədar Nəsimi rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 3000-dən çox ailəyə qurban payları təqdim edilib.