Baklıda "OK TAXI" taksi sifarişi xidməti öz taksilərində müasir videomüşahidə sistemini tətbiq etməyə başlayıb.
Xidmətdən Mia.az-a verilən məlumata ggörə, artıq yeni layihənin həyata keçirlməsinə start verilib.
OK TAXI şirkətinin satış və marketinq üzrə meneceri Korkmaz Akyüzün sözlərinə görə, yenilik AVTODAYƏ layihəsi çərçivəsində həyata keçirilir.
K.Akyüzün sözlərinə görə, «Videomüşahidə Sisteminin tətbiqi valideynlərə öz övladlarını, taksimizdə istənilən yerə çatdırılması zamanı bir dəqiqə belə nəzarətsiz qoymamağa imkan verəcək. Layihənin mahiyyəti ondadır ki, daşınma zamanı avtomobildən müştərinin mobil telefon və ya kompüter vasitəsilə real vaxt rejimində izləyə biləcəyi onlayn translyasiya aparılır».
Yeni xidmətin testləşdirilməsi sentyabrın 15-ə qədər davam edəcək və yeni dərs ilinin başlanması ilə hər bir kəs PULSUZ olaraq *3003-ə zəng etməklə AVTODAYƏ xidmətindən istifadə edə biləcəkdir.
OK TAXİ-nin AVTODAYƏ layihəsi haqqında daha ətraflı məlumatla http://avtodaye.oktaxi.az saytında tanış olmaq olar.
Qeyd etmək lazımdır ki, OK TAXI taksi sifarişi xidməti, yerli bazarda öz fəaliyyətini 2015-ci ildən etibarən həyata keçirir və hal-hazırda şəhərin ən dinamik inkişaf edən şirkətlərindən biridir. Şirkətin müştərilərinə göstərilən xidmətlərə həmçinin:
- şəhər üzrə transferlər (5 km.-2.80 manat)
- hava limanına transfer (9.7 manat)
- korporativ taksi (km. 0.35-dən 0.50 manatadək.)
- ayıq sürücü (şəhər daxilində 7 manat)
kimi xüsusi təkliflər daxildir