Balakən rayonunda zəlzələ olub.

Yeraltı təkanlar rayonun Qabaqçöl qəsəbəsində saat 21:10 radələrində iki dəfə qeydə alınıb.

Yerli mütəxəssislərin fikrincə zəlzələ 5 bal gücündə olub. Tələfat olmasa da, yaşayış və inzibati binalarda çatlar əmələ gəlib.

Zəlzələ Zaqatalada da hiss edilib. Burada yeraltı təkanların 3-4 bal gücündə olub.

Report