Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli ilə bağlı maraqlı iddialar irəli sürülüb.

Mia.az xəbər verir ki, anaxeber.az redaksiyasına videomüraciət təqdim edən Laçın rayon Vağazin kənd sakini Mürsəlzadə Bəxtiyar Əliağa oğlu isə Laçın RİH başçısının yarıtmaz fəaliyyətini konkret faktlar göstərməklə ifşa edib.

Laçın RİH başçısı Aqil Nəzərlinin başının şəxsi biznesinə - "zapravka”, fermalar və super marketlərinin idarə olunmasını qarışdığını iddia edən vətəndaş bunun sakinlər arasında ciddi narazılıqlara səbəb olduğunu bildirib.

Aqil Nəzərlinin icra başçısı təyin olunmasından keçən bir neçə ay ərzində onun heç bir problemi həll etmədiyini söyləyən şikayətçinin ittihamları kifayət qədər maraqlıdır: