DİN Baş dövlət Yol Polis İdarəsi Biləcəri qəsəbəsində piyada keçid xətti və piyada yol nişanları quraşdırmağa başlayıb.

Mia.az.-ın məlumatına görə, Azərbaycan Respublikası DİN Baş dövlət Yol Polis İdarəsi ilə Biləcəri bələdiyyəsinin birgə əməkdaşlığı nəticəsində, Binəqədi şossesi-3 ünvanında yaşayan sakinlər tərəfindən bələdiyyəyə edilən kollektiv müraciət əsasında DİN Baş dövlət Yol Polis İdarəsi Biləcəri bələdiyyəsinin rəsmi müraciətinə diqqət göstərərək dərhal həmin ünvanda piyada keçid xətti və piyada yol nişanları quraşdırmış və sakinlərin təhlükəsizliyini təmin edib.

Biləcəri bələdiyyəsi göstərilən diqqətə görə Azərbaycan Respublikası DİN Baş dövlət Yol Polis İdarəsi rəhbərliyinə öz minnətdarlığını bildirir.