"Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimayi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Regionlarda şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarının məşğulluğunun artırılması və işsizliyinin aradan qaldırılması” layihəsi çərçivəsində növbəti tədbirini 26 avqust 2016-cı il tarixində Qax rayonu Mərkəzi kitabxananın oxu zalında keçirmişdir. Bu barədə qurumun mətbuat xidmətindən birlik.az saytına məlumat daxil olub.
"Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” Ictimayi Birliyinin sədri-Layihə rəhbəri Məmmədhəsən Həsənov layihənin donoru, məqsədi haqqında məlumat verdi.
Tədbirdə Qax rayonu İcra Hakimiyyətinin müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova , Məşğulluq Mərkəzinin nümayəndəsi Yalçın Hacıyev və Raisə Rəhimova, Qarabağ Müharibəsi əlili Yaşar Aslanov və Qarabağ Veteranları və onların övladları, şəhid ailələri və digərləri iştirak etdilər.
Qax rayon İcra Hakimiyyətinin nümayəndəsi Vəfa Heydərova tədbirdə iştirak edərək, layihələyə uğurlar arzuladı və bildirdi ki, Qarabağ müharibəsi və şəhid ailələri Dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bir sözlə, həyata keçirilən tədbirlər bir daha isbatlayır ki, Qarabağ müharibəsi əlilləri və iştirakçıları daim dövlətin diqqət mərkəzindədir.
Qarabağ müharibəsi evladlarından Pərviz Məhərrəmov, Əfəndi Heydərov ictmai müzakirədə fəal iştirak edərək, məsələnin çox vacib olduğunu qeyd etdilər. Onlar öz çıxışılarında bildirdilər ki, çox aktual bir mövzudur, əgər bu təkliflər paketi həyata keçirilərsə, Qarabağ müharibəsi əlillərinin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasında boyük rol oynaya bilər. Pərviz həmçinin öz çıxışında onu da qeyd etdi ki, Qax rayonu turizm bölgəsi olduğuna görə, dil kursları yaradılarsa və buraya Qarabağ müharibəsi əlillərinin və şəhid övladları ilk olaraq cəlb olunarsa daha məqsədə uyğun olar.
Tədbirdə müvafiq qurumların nümayəndələri də sözü gedən layihəyəyə öz fikirlərini bildirdilər. Müharibə Veteranı və şəhid ailələrinin məşğulluğunun artırılması məqsədilə xüsusi diqqətin ayrılması vurğulandı. Məşğulluq Mərkəzinin nümayəndəsi Laçın Hacıyev həmçinin bildir ki, peşə kurslarından aşbazlıq, bərbər, dil kursların yaradılması ilə bağlı bizə müraciət etsinlər və biz də dövlət qarşısında bu kursların təşkili üçün maliyyə vəsaitinin ayrılmasına müraciət edək. Yetər ki, bu təbəqədən olan insanların istək və marağı olsun.
Tədbirin sonunda təkliflər paketinin ictimai müzakirəsi aparıldı. Təkliflər paketi İcra Hakimiyyəti və Məşğulluq Mərkəzinin nümayəndələrinə təqdim edildi.
birlik.az