Son vaxtlar şəhərdaxili marşrutlarda hərəkət edən avtobuslara nəzarət çox zəifləyib.

Bu barədə Mia.az-a bir neçə paytaxt sakini( sonda adları və ünvanları veriləcək - Mia.az) müraciət edib.

Onlar iddia edirlər ki, marşrut sahibləri elektron tabloları yığışdırıblar: "Bir çox avtobuslarda marşrutun nömrəsi işıqlandırılmır. Hava qaralandan sonra bilinmir ki, bu avtobus hara gedir, haradan gəlir. Bir sözlə, belə işıqlandırılmayan tabloların olmaması, sərnişinlərə böyük çətinlik yaradır, onları çaşdırır...

Çox istərdik ki, əlaqədar qurumlar bu problemə əncam çəksin".

İmza:

1. Əmiraslanov Azər Əhməd oğlu,

Binəqədi rayonu, Binəqəqdi Qəsəsbəsi Mədən 1, Korpus-10, ev 63,

2. Ağadadaşova Xəyalə Baba qızı , Binəqədi qəsəbəsi, İsfahani döngə1, ev 1

3. Dostiyev Ravid Abdulkərim oğlu,

Abşeron rayonu, Xırdalan şəhəri, Masazır Şossesinin Cənubu

4. Əliyev Zaqid Məhəmmədəli oğlu, Bakı şəhəri, Səbail rayonu, Y.Badalov küçəsi, ev Ö/T 16".

Onu da qeyd edək ki, şikayətçilər faktı əks etdirən xeyli fotolar da göndəriblər.

Mia.az