"Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, 20 aprel 2016 – 20 avqust 2016 - cı il tarıxinə kimi4 ay müddətinə "Qarabağ müharibəsi iştirakçılarının asudə vaxtlarının səmərəli təşkili” adlı layihəni həyata keçirir. Bu haqda"Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin Mətbuat xidmətindən birlik.az saytına məlumat daxil olub.

Layihədə bu müddət ərzində Respublikamızın beş - Qəbələ, İsmayıllı, Şamaxı, Qusar və Xaçmazrayonlarında turlar keçirilməsi nəzərdə tutulmuşdu. Sonuncu tur Xaçmaz rayonunun Nabran istirahət mərkəzlərinin birində müvəffəqiyyətlə həyata keçirildi. Bu turun iştirakçıları da çox məmnun qaldılar və istirahətlərinin səmərəli, bənzərsiz olmamalarını qeyd etdilər.

Bu layihə çərçivəsində Qarabağ müharibəsi iştirakçıları əlil-veteranlar,2(iki) gün ərzində asudə vaxtlarının səmərəli keçməsi üçün istirahətləri zamanıyataq, 3 (üç) dəfə yemək və çaylatəmin olundular. Havalar isti keçməsi ilə əlaqədar cimərlikdə oldular və digər ətraf məkanlarda da istirahət etdilər.

Layihədə nəzərdə tutulan beş tur sona çatdı. Tur iştirakçıları, müharibə əlil-veteranları üçün yaradılmış bu şəraitə, onlara göstərilən diqqət-qayğıya, ayrılmış maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlər Dəstəyi Şurasının rəhbərliyinə, kollektivinə təşəkkürlərinibildirdilər və bu layihənin davamlı olmasını təklif etdilər. Onu da qeyd etdilər ki, bu layihənin davamlı olması digər qrup Qarabağ müharibəsi iştirakçılarının da bu layihədən bəhrələnməsi üçün şəraitin yaradılması məqsədə uyğun olardı.

birlik.az