Bu gün faəliyyətini dayandıran Qafqaz universiteti və onun tələbələrinin gələcəyinə aydınlıq gətirilib.
Mia.az xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov bu barədə Feysbuk-dakı səhifəsində açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib: "Tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedoqoji heyət də fəaliyyətini davam etdirəcək".