Dünən daha çox "Nəqliyyat qoçuları” adı ilə tanınan nəqliyyat müfəttişləri xidməti avtomobillərlə təhlükəli şoular göstəriblər.
Masazırdan Novxanıya gedən yolda - Duz gölünün yaxınlığında baş verib. Belə ki, iki yol müfəttişi yük daşıyan "Volqa” markalı avtomobili saxlamaq üçün qəzalı vəziyyətlər yaradıblar. Avtomobili saxlamaq istəməyən yük daşıyan sürücü isə onlardan yayınmaq üçün müxtəlif təhlükəli manevrlər edib. Nəticədə həm onların, həm də digər sürücülərin həyatı təhlükəyə atılıb.
Sözügedən hadisənin videosunu təqdim edir:
AzNews.az