Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Tərəqqi” SİİB –i "Əhali arasında tibbi maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində tarixində Bərdə rayonu, Şahvəllər kəndində "Erkən evlilik və onun fəsadları” mövzusunda təlim keçirib.

Təlimin başlıca məqsədi erkən evlilik və onun tibbi fəsadları barədə iştirakçıları məlumatlandırmaq idi. Təlimi Ş.Dadaşova aparıraq, mövzu ilə bağlı əraflı məlumat verərək, deyib:

"Erkən evlilik cəmiyyəti narahat edən ən başlıca problemlərdən biridir.

Azərbaycanda nikah yaşı 18-dir. Lakin istisna hallarda nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verilə bilər və tərəflər 17 yaşında nikaha daxil ola bilərlər. Azərbaycan qanunvericiliyinə görə, erkən evlilik(erkən nigah) 18 yaşından kiçik oğlanların və qızların ailə qurması və birgə yaşamasıdır: Erkən evliliyə həm qızlar həm də oğlanlar cəlb edilir. Qızlar daha çox erkən evliliyə cəlb olunur. Erkən evlikdə valideynlərin rolu böyükdür. Onlar övladlarının gələcyini düşünmürlər. Elə hesab edirlər ki, ailə qurmaqla işlərini tamamlamış olurlar. Sonradan isə əksəriyyəti acı nəticələrlə qarşılaşır. Bu vaxt isə çox gec olur. Erkən evliliyə təhrik olunanlar çox ciddi sağlamlıq problemlərinə məruz qalır. Hətta bəzən ana və körpə ölümünə səbəb olur. Çünki bu yaşda olan qızlar nə psixoloji nə də fizioloji cəhətdən ana olmağa hazır deyillər. Ümumiyyətlə, erkən qurulan ailərdə nigahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur”.

Daha sonra erkən evliliyin tibbi fəsadları ilə bağlı müzakirələr aparılıb. İştirakçıların fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Mia.az