12 iyul İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyinin iclas zalında «Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi "Azərbaycan Multikulturalizm modeli-dünyada sülh, qardaşlıq və dözümlülük ideyasının yayılmasına töhvəmiz” adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açıb, qonaqları və tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamlayıb. Azərbaycanın dünya multikulturalizminin əsas mərkəzinə çevrildiyini, ölkəmizdə tolerantlıq və multikulturalizmin dövlət siyasətinin tərkib hissəsini təşkil etdiyini, Respublikada bu sahədə səmərəli iş aparıldığını diqqətə çatdırıb.

«Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi sədri Sevinc Kərimova çıxış etdi. O, bildirdi ki, layhənin məqsədi 2016-ci il Multukultualizm ilində dövlətdiyin gördüyü işlərə dəstək olmaq və bir ictimai təşkilat olaraq dövlətin aktual bildiyi mövzularda fəallıq göstərməkdir.
Sevinc Kərimova geniş məruzə ilə çıxış edib, o, müxtəlif millətlərlə birgə yaöayış mədəniyyəti olan sülhsevər xalqımızın milli mənəvi dəyərlərinin dünyada geniş təbliğ olunması və bununla ölkəmizin haqq səsinin daha da gur eşildilməsinə nail olmaq əsas məqsədimiz olduğunu qeyd edib.
Müzakirələrdə Şəhla Qafarova, Kamran Hacıyev, İlqar Məmmədli, Göyçək Rəhimova, Dadaş Səmədzadə və başqaları çıxış edərək bu gün Azərbaycanda, onun bir bölgəsi olan İsmayıllıda azərbaycanlılara yanaşı rusların, ləzgilərin, hapıtların, türklərin, kürdlərin, tatların və digər azsaylı xalqların nümayəndələrinin birgə, qarşılıqlı hörmət əsasında yaşadığını söyləyiblər.

Azərbaycan Respublikası Prezidenti yanında "Bilik Fondu” İsmayıllı "Bilik Evi” Regional Mərkəzinin direktoru Sevinc Novruzova, DQİDK-nin İsmayıllı rayonu üzrə nümayəndəsi Tural İbrahimov insanların mənəvi, ictimai, dini ehtiyaclarının ödənilməsində multikultural dəyərlərin, tolernatlıq ənənlərinin müsbət rolu barədə fikirlərini tədbir iştirakçılarına çatdırıblar.

Qeyd edeək ki, İsmayıllı rayon ictimayiyyətinin və ziyalılarının iştirak etdiyi dəyirmi masa Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan multikultrasiya modeli kimi: müxtəlif millətlərin cəmiyətə inteqrasiya məsələləri və bu günki mənəvi vəziyyətlərinin tədqiqi” layiəsini çərçivəsində baş tutub.