Bərdə rayon sakini Cəfərov Elgiz Əvəz oğlu başına açılmış oyunlardan, Bərdə rayonunun icra başçısı başçısı Vidadi İsayev və onun işçilərinin (bu işçilər həm də icra başçısının qohumlarıdır) özbaşınalıqlarından danışıb.

E.Cəfərov mülkündən məhrum olduğunu, ailəsinin dağıldığını, çox pis vəziyyətdə, hətta səfil həyatı yaşadığını dilə gətirib.

Mia.az şikayətçinin "AzPolitika”ya müraciətini qısa ixtisar və redaktə ilə təqdim edir:

"Çox çarəsiz durumdayam. Haqqımı kimdən alacağımı bilmirəm. Bir neçə il bundan əvvəl Bərdədə indiki icra başçısı Vidadi İsayev vəzifəyə gələndə, şəhərin quruculuq və abadlıq işlərində ustalara ehtiyac olduğunu bildirdi, mən də Bakıda mənimlə işləyən işçi heyətini yığıb, 43 nəfərlə öz doğma rayonum olan Bərdəyə getdim.

Getdiyimiz gün Bərdə rayon İcra Hakimiyyətinin təmir-tikinti işlərinə rəhbərlik edən Mahmud müəllimlə (sonradan məlum oldu ki, icra başçısının bacanağıdı) şifahi razılaşdıq, elə həmin gündən də görüləcək işlərin tapşırığın verdi. Şəhərin yol kənarı hasarların, mağazaların, idarə binalarının üz fasad daşlarının yenilənməsi işlərini bizə tapşırdı. İşin qiymətini də danışıb razılaşdıq. O, bizi tənbehlədi ki, burda "kimdənsə pul istəməyəcəksiz, bütün işlərin hesabatını icrada işləyən Vüqar adlı vəzifəli şəxsə verib, pulunu da məndən tələb edəcəksiniz”. İlk günlərdə hər şey normal idi, ustaların pula ehtiyacı olduqca Mahmud müəllimə deyirdik, o da anında pulları verirdi. Müəyyən vaxtdan sora bizi incitməyə başladılar. İşlər yekunlaşdıqca pul məsələlərində də ləngimələr oldu. Bizə tapşırılan bütün işləri bitirdik, hansı obyektdən nə qədər pulumuz qaldığı siyahını götürüb, getdim icra başcısı Vidadi İsayevin qəbuluna. 5300 manat alacaq olan siyahını ona təqdim etdim. O da siyahını götürüb dedi: "Narahat olma, Mahmud müəllimi çağırıb siyahını verəcəm ona, getsin bütün pulları toplasın versin”.

QEYD: Şikayətçi Cəfərov Elgiz Əvəz oğlu redaksiyamıza Bərdə Rayon İcra Hakimiyətinin əvvəllər qeyri-qanuni işçisi (həm də İcra başçısının bacanağıdır) olmuş Mahmud adlı şəxslə (10 gün bundan əvvəl) arasında olan səs yazısını təqdim edib. Həmin səs yazısını yazının sonunda dinləyə bilərsiniz.

Şəkayətçi daha sonra bildirir ki, "Prezidentimizə məktub yazmışdım, həmin o məktubdan sonra, Prezident Aparatı Bərdə rayon İcra Hakimiyyətinə şikayətçiyə 6000 dollar ödəməli olduqları haqda məktub göndərir. İcra hakimiyyətindən isə Prezident Aparatına pulun ödənildiyi haqda yalan məlumat verilib”. 

İcra hakimiyyətindən şikayətçi Cəfərov Elgiz Əvəz oğluna göndərilən məktubu təqdim edirik:

13441954_1052944758128903_507658990_o