Azərbaycanda Ramazan ayının 9-cu günün imsak vaxtı saat 03:08, iftar vaxtı isə 20:31-ə təyin olunub.
Mia.az Qafqaz Müsəlmaları İdarəsinə istinadən 9-cu günün təqvim və duasını təqdim edir:
09 ramazan 1436 – 15 iyun 2015
9-cu günün duası:
Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin.
Tərcüməsi:
İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar, Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!