Baş prokuror Zakir Qaralovun iyunun 17-də Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarında yaşayan vətəndaşlarla nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə Mia.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbul cari il iyunun 24-də saat 11:00-da Lerik rayon prokurorluğunun inzibati binasında keçiriləcəkdir.