Qusarda "Azərbaycan Multikulturalizm modeli-dünyada sülh, qardaşlıq və dözümlülük ideyasının yayılmasına töhvəmiz” mövzusunda dəyirmi masa keçirilib 13 iyun Qusar şəhər Gənclər evində «Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi "Azərbaycan Multikulturalizm modeli-dünyada sülh, qardaşlıq və dözümlülük ideyasının yayılmasına töhvəmiz” adlı dəyirmi masa keçirib. 
Qusar ictimayiyyətinin və ziyalılarının iştirak etdiyi dəyirmi masa Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan multikultrasiya modeli kimi: müxtəlif millətlərin cəmiyətə inteqrasiya məsələləri və bu günki mənəvi vəziyyətlərinin tədqiqi” layiəsini çərçivəsində baş tutub. Tədbiri girş sözü ilə açan Qusar rayon İcra Hakimiyyətinin ictimai siyasi və humantar şöbəsinin müdiri Emma Tarıverdiyeva layihənin əhəmiyyətindən söz edərək bildirib ki, Qusar rayonu 2016-ci il Multikulturalizm ilində bu səpkili tədbirlərə ev sahibliyi etməkdən çox məmundur. Daha sonra «Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi sədri Sevinc Kərimova çıxış etdi. O, bildirdi ki, layhənin məqsədi 2016-ci il Multukultualizm ilində dövlətdiyin gördüyü işlərə dəstək olmaq və bir ictimai təşkilat olaraq dövlətin aktual bildiyi mövzularda fəallıq göstərməkdir. O bildirib ki, layihə çərçivəsində müxtəlif xalqların kompakt yaşadığı daha beş rayonda dəyirmi masalar keçirməyi planlaşdırlar: "Azərbaycan Multikulturalizm modeli-dünyada sülh, qardaşlıq və dözümlülük ideyasının yayılmasına töhvəmiz” adlı dəyirmi masanın keçiriləcəyi rayonlar Lənkəran, Quba , İsmayıllı , Balakən və Qax rayonları olacaq. Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Komitənin Quba bölgəsi üzrə idarəsinin əməkdaşı Elnur Ağasıyev tədbirdə "Azərbaycanda tolerantlıq ənənəsi və din dözümlülük” məzmununda çıxış edib. Daha sonra rayonun fəal ziyalıları mövzu ətrafında çıxış ediblər. Rayon kitabxanasının əməkdaşı Lyudmila Məmmədova , 5 saylı məktəbin dil ədəbiyyat müəlliməs Kamilə Nəcəfova, İncəsənət məktəbindən Kəmalə Nurullayeva çıxış edərək azərbaycanda yaşayan xalqların , mədəniyyətlərinə diqqət və qayğı barədə danışaraq ümum milli lider H. Əliyevi və onun bu sahədə fəaliyyətlərini sayğıyla yada saldılar. Bu ideyalar həyata keçirən ümummilli liderimizin ənənələrinin inamla həyata keçirən ölkə başçımız cənab İlham Əliyevə təşəkkürlərini dilə gətirdilər.