Tovuz rayonu Statistika İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.
Dövlət Statistika Komitəsi sədrinin müvafiq əmri ilə Niyazi Tağıyev bu vəzifəyə təyinat alıb.
O, bu postda Qasım Hüseynovu əvəz edib.
Tovuzun Əlimərdanlı kəndində doğulan N.Tağıyev, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. O, yeni təyinata qədər həmin idarədə baş məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb.
Report.az