Ramazan ayının beşinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 11-də Bakıda imsak və iftar vaxtları belədir:
İmsak – saat 03:09-da;
İftar – saat 20:27-də.
Ramazan ayının 5-ci gününün duası isə belədir:
"Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".
Tərcüməsi:
"İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!"
Allah orucunuzu qəbul etsin!
Aşağıdakı cədvəl – təqvimdə qeyd olunan şəri vaxt ölçüləri Bakı, ətraf qəsəbələr və Abşeron rayonu ərazisi üçün nəzərdə tutulub.
Azərbaycanın rayonları arasında olan fərq (dəqiqələrlə) cədvəldə göstərilən vaxta müvafiq olaraq:
Sumqayıt – 1 dəqiqə sonra; Ağdam – 11 dəqiqə sonra; Astara – 2 dəqiqə sonra; Gəncə – 14 dəqiqə sonra; Qazax – 19 dəqiqə sonra; Quba – 6 dəqiqə sonra; Lənkəran – 3 dəqiqə sonra;
Saatlı – 7 dəqiqə sonra; Sabirabad – 5 dəqiqə sonra; Şabran – 3 dəqiqə sonra; Şamaxı – 6 dəqiqə sonra; Şəki – 12 dəqiqə sonra; Xaçmaz -10 dəqiqə sonra; Yevlax -11 dəqiqə sonra,
Naxçıvan – 17 dəqiqə sonra; Göyçay – 8 dəqiqə sonra; Zaqatala – 14 dəqiqə sonra.