Azərbaycanda depozit portfelinin həcminə görə ölkənin ikinci bankı olan "Bank Standart”da ciddi problemlər yaranması məlumdur.
Ötən ay Maliyyə Bazarlarına Nəzarət Palatası bu bankı nəzarətə götürərək ona inzibatçı təyin edib. Palatanın qərarı ilə kreditlərin verilməsi, depozitlərin qaytarılması də digər əməliyyatlar dayandırılıb. Qurumun tövsiyyəsi ilə bankın sağlamlaşdırılması məqsədi ilə Mərkəzi Bank tərəfindən 15 milyon manat ayrılıb.
Məlumata görə, "Bank Standart”ı daha ağır vəziyyətə salan elit müştəriləri olub.
Bu barədə saytımızı bilgiləndirən mötəbər mənbənin verdiyi məlumata görə, bank yüksək çinli məmurlara, deputatlara və onlara yaxın şirkətlərə milyonlarla dollar kreditlər verib. Kreditlər qaytarılmır, bəzi məmurlar isə ümumiyyətlə ödəniş etmədiyinə görə bank tərəfindən məhkəməyə verilib.
Mənbə bildirib ki, deputatlardan Xanhüseyn Kazımlı və Rəfael Cəbrayılovun əmlakına həbs qoyulub. Adıçəkilən millət vəkillərinin banka külli miqdarda borcu var, onların bankda girov olan əmlakı satışa çıxarılıb.
Gununsesi.info