Keçmiş deputat Nazim Məmmədov 53 il daşıdığı soyadını dəyişib.
Mia.az xəbər verir ki, bu barədə onun özü məlumat verib.
Sabiq deputat bildirib ki, soyad dəyişmək uzun prosedur olsa da, artıq 1-ci mərhələni başa vurub:
"Rəqəmlərin mənə bu qədər yaxın olduğunu təsəvbür edin: Mənim Məmmədov Nazim Hüseyn oğlu olaraq doğum şəhadərnaməm 14 may 1963-cü ildə Gədəbəydə qeydiyyata alınıb, 53 ildən sonra məhz həmin gün nəslimizin soyadını Bəydəmirlini bu gün ASAN-da rəsmləşdirdim. Rus "mamed" və "ov"-dan qurtulduq...".