Zərdab rayon sakini Mirzəyev Rövşən Cəfər oğu video-müraciət yayıb.
Mia.az RegionXəbərləri.com-a istinadən xəbər verir ki, narazı vətəndaş Zərdab rayon icra başçısı Lütvəli Bbayevin kürəkəninin ona məxsus olan çayxana-kafeni dağıtdığını iddia edib: "Aprelin6-da icra başçısının kürəkəni mənə məxsus kafe-çayxanaya gələrək, burada adam döydü, əşyaları sındırdı, bir sözlə, kafeni dağıtdı".
Rövşən Mirzəyev video müraciətində bildirir ki, icra başçısı Lütvəli Babayevin kürəkəninin bu xuliqanlıq əməli kafe-çayxanada olan müşahidə kameralarına düşüb:
"Bununla bağlı aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət etsəm də, qəbullarda olsam da, heç bir qanunu tədbir görülmür.Çünki xuliqanlıq edən şəxsin qaynatası icra başçısı Lütvəli Babayev buna mane olur".
Məsələ ilə bağlı L.Babayevlə danışmaq mümkün olmayıb. Qarşı tərəfi də dinləməyə hazırıq: