Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və RİH Aparatının məsul işçiləri "Bakı Tikiş Evi” ATSC-də olaraq, yeni açılmış iş yerləri və burada çalışan işçilərin iş şəraiti ilə yaxından tanış olub.
Mia.az xəbər verir ki, "Bakı Tikiş Evi” ATSC-nin sədri Fidail Rəhimov fabrikin 1936-cı ildən fəaliyyət göstərdiyini və bu il fabrikin yaradılmasının 80 illik yubileyinin qeyd olunduğunu, kollektivin böyük tarixi göstəricilərə malik olduğunu bildirib.
Müəssisə II Dünya Müharibəsi dövründə, Sovetlər dönəmində ölkənin qabaqcıl müəssisələrindən biri olaraq fəaliyyət göstərib. müstəqillik dövründə iri sənaye müəssisəsi kimi ölkə əhalisi üçün geyim məhsulları ilə təmin edib. Son illərdə müasir və keyfiyyətli məktəbli formaları istehsal edilib. Burada 800 nəfərin işlə təmin olunduğu qeyd edilib. Hal-hazırda yeni istehsalat emalatxanaların tikinti quraşdırma işləri aparılır. Bu isə gələcəkdə yeni iş yerlərinin açılması deməkdir.