Aprelin 29-daXarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri ötən günErmənistansilahlı qüvvələrinin bölmələrinin yaşayış məntəqələrinə endirdiyi artilleriya atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün cəbhəboyu zonaya səfər ediblər.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiət etdiyi media təmsilçiləri əvvəlcə Bərdə rayonuna gəliblər. Yerli və xarici jurnalistlər ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşların müalicə olunduğu Bərdə Diaqnostika Mərkəzində xəsarət alanların səhhəti ilə maraqlanıblar. Yaralıların vəziyyətinin sabit olduğu, müalicələrinin davam etdirildiyi, həyati təhlükələrinin olmadığı bildirilib.

JurnalistlərErmənistansilahlı qüvvələrinin Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutması nəticəsində ziyan dəymiş evlərə də baxış keçirəcəklər.

Ermənilərin güllələdiyi əhali -   Fotolar
Ermənilərin güllələdiyi əhali -   Fotolar
Ermənilərin güllələdiyi əhali -   Fotolar
Ermənilərin güllələdiyi əhali -   Fotolar
Ermənilərin güllələdiyi əhali -   Fotolar
Ermənilərin güllələdiyi əhali -   Fotolar
Ermənilərin güllələdiyi əhali -   Fotolar
Ermənilərin güllələdiyi əhali -   Fotolar
Ermənilərin güllələdiyi əhali -   Fotolar