Bakı şəhər Xətai rayon sakini Vüqar Əliyev "Azərişıq" ASC-in Xətai rayon şəbəkəsindən şikayətçidir.
O, müraciətində bildirib ki, Bakı şəhər Gəncə prospekti 26 ünvanında işlətdiyi avto-yuma məntəqəsində elektrik enerjisi 130 manat borca görə "Azərişığ"ın Xətai rayon Şöbəsi tərəfindən, xəbərdarlıq edilmədən kəsilib:
"Hansı ki, Milli Məclisin evlərə, obyektlərə işığın, qazın, suyun və digər komunal xətlərinin verilişinin dayandırılması barədə qəbul etdiyi müvafiq qanunu var.
Qanuna əsasən, xüsusi xəbərdarlıq etdikdən sonra, yalnız məhkəmə qətnaməsinə uyğun olaraq, xətlər kəsilə bilər. Bununla əlaqədar olaraq, həmin sahibkar ərazi aidiyyatı üzrə şöbəyə müraciət etmiş, bir neçə ailənin həmin obyektdən ailələrini dolandırdığını bildirmiş və xahiş edib. ki, 4 gün müddətinə obyektinin enerjisini versinlər, işləyib həmin 4 gün müddətində mövcud borcu ödəsin. Lakin orada ona qarşı çox kobud rəftar edərək, tələb etmişlər ki, dərhal borc ödənməsə, enerji bərpa olunmayacaq".
Müraciəti nəzərə alaraq, biz də həmin şöbə ilə əlaqə saxlamağa çalışdıq. Cəhdimiz boşa çıxdığı üçün, faktı yerində araşdırmaq qərarına gəldik.
"Araz Media" qəzetinin qurumun Xətai rayon enerji şəbəkəsinini "Satış" şöbəsinin müdiri Sahib Hüseynovun yanınada olublar. Jurnalisti kobud qarşılayan şöbə müdiri Sahib Hüseynov problemi öyrənmədən"pulu dərhal ödəməlidir" dedi.
Biz ona, Prezidentin dövlət qurumlarının sahibkarlara müvafiq güzəştlər etməsi barədə dəfələrlə tapşırıq verməsini xatırlatdıq. Sahib Hüseynov birdən yerindən durub bağırmağa başladı. O elə qışqırırdı ki, səsi əks-səda verirdi. O, "ə nə mətbuat, nə prezident ə, nə İlham Əliyev" deyə bir az da səsinə güc verib, vəzifəli şəxsə yaraşmayan ifadələr işlətdi".
Yuxarı orqanlar, ölkə rəhbərliyi haqda işlədilən ifadələri bura yazmadıq. Güman edirik ki, QAzərişıq"ın rəhbəri Bababala Rzayev özü şöbə müdirinin hərəkətləri ilə maraqlanmaqla yanaşı, kiçik sahibkarın probleminə də diqqət edəcək.
ARAZMEDİA.az