Yeni istifadəyə verilmiş "Avtovağzal” metrostansiyasının çatışmazlıqları elə ilk yağışda üzə çıxıb.

Belə ki, Bakıda axşam saatlarında başlayan və getdikcə güclənən yağış nəticəsində "Avtovağzal” metrostansiyasının içərisinə su dolub. Xüsusilə, metrostansiyanın giriş-çıxış hissəsində suötürücü qurğuların olmaması nəticəsində yağış suları artıq eskalatora çatıb.

Eskalatoru su basması sərnişinlərin hərəkətinə ciddi çətinliklər törədib(Gün.az).